İnsanlara hürriyət, millətlərə istiqlal!

“Doğmalarım ögey olub, məni heç kim bəyənməyib” - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “O” verilişində çox maraqlı açıqlamalar verib.

Lent.az-ın xəbərinə görə, aktrisa uşaq vaxtı yaşadığı acıların sonradan onda ağır xəstəliklərə çevrildiyini bildirib.

“Anadan olan günün səhərisi anamı, 12 yaşımda atamı itirmişəm. Doğmalarımın hamısı ögeylik edib, mənimlə münasibət qurmayıblar. Məni heç kim bəyənməyib. Müəyyən yaşa və zamana qədər üzərimdə “yetim”, “kasıb”, “nəzarətsiz", “valideynsiz”, “doğmalarsız” adı olub”, - deyən aktrisa əlavə edib ki, həyat ona çox çətinlik yaşadıb.

“Artroz xəstəliyinin çox ağır formasına tutuldum. İki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra xərçəng xəstəliyi nəticəsində bədən üzvlərinin yarısının olmaması. Bunların hamısı həyatın verdiyi suallara orqanizmimin verdiyi cavab oldu. Məcburiyyətdən, qorxudan başladım həyata yaltaqlanmağa. Çünki mənim hər mənada diqqətimlə dolananlar var”, - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR