İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitri Qordon Xankəndidə: Rusiya tərəfindən axtarılan jurnalist Azərbaycanın qəlbində - VİDEO

Musavat.com xəbər verir ki, Ukraynanın məşhur və fenomen jurnalisti Dmitri Qordon bu gün Xankəndidə keçirilən 3-cü Qlobal Media Forumunda iştirak edir.

Qordon Forumun xüsusi qonaqlarından biridir. Forumda Dmitri Qordonu həyat yoldaşı, tanınmış jurnalist Alesya Batsman da müşayiət edir. 

Qordon informasiya müharibəsində Ukraynanın simvoluna çevrilmiş, Rusiyaya qarşı mübarizənin ön cəbhəsində dayanan jurnalistlərdəndir. Rusiyanın istintaq komitəsi onun barəsində qiyabi həbs qərarı çıxarıb və Qordonu “Rusiya Federasiyasının ərazi bütövlüyünə qarşı çağırışlarda” ittiham edir.

Belə bir simanın Azərbaycanın ürəyində, Xankəndidə beynəlxalq tədbirə qatılması həm simvolik, həm də siyasi mesajlarla doludur. Bu, Azərbaycanın informasiya cəbhəsində də prinsipial mövqedə olduğunu göstərir.

Forumda Rusiya tərəfdən də tanınmış şəxslər iştirak edir. Onlardan biri TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır. O, uzun illər Rusiya informasiya məkanında yönverici fiqurlardan biri sayılır. Digər diqqətçəkən ad isə Sergey Markovdur – Kremlyönlü siyasi texnoloq, “Putinçi” ekspert və Rusiya televiziyalarında antizapad (antiqərb) ritorikanın öncüllərindən biri.

Beləliklə, Şuşa Qlobal Media Forumu informasiya müharibəsinin əks cəbhəsində dayanan fiqurların üz-üzə gəldiyi mühüm platformaya çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR