Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan baş nazir Nikol Paşinyanın məhkəmə sistemi ilə bağlı bu və ya digər vaxtlar verdiyi bəyanatlarla əlaqədar narahatedici suallara münasibət bildirməli olub.
Musavat.com xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.
Mətbuat konfransının əvvəlində Qalyana baş nazirin “divarlar altında sızıldayan hakimlər”lə bağlı sözləri barədə sual verilib.
Qeyd edək ki, Paşinyan bir neçə dəfə həmin ifadəni işlədib. Qalyan Paşinyandan belə bir şey eşitmədiyini deməklə kifayətlənərək başqa suala keçib.
Mətbuat konfransının ortasında jurnalistlər müvafiq qeydi taparaq eyni suala qayıdıblar. Qalyan bu dəfə şərh verməyə məcbur qalıb və Paşinyanın dediklərinin kontekstdə başa düşülməsini istəyib.
Srbuhi Qalyanın sözlərinə görə, o vaxtdan 6 il keçib, sonra deyilənlər aktual olub və o günlərin reallıqları ilə şərtlənib.
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ