İnsanlara hürriyət, millətlərə istiqlal!

"Disney +" şirkətindən Türkiyəyə böyük tərbiyəsizlik- "Atatürk" serialının nümayişi ləğv olundu

“Disney Plus” müasir Türkiyənin qurucu atası Mustafa Kamalın həyatından bəhs edən "Atatürk" serialını ləğv etmək qərarına gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ilin noyabrın 3-dən etibarən Türkiyənin 100-cü ildönümündə serial bədii filmə çevriləcək və eksklüziv olaraq Türkiyə kinoteatrlarında nümayiş olunacaq.

Serialın 8 milyon dollara başa gəldiyi, "Disney" kinostudiyasında çəkildiyi qeyd edilir.

Qeyd edək ki, bundan əvvəl şirkət 6 seriyalı serialın bu il oktyabrın 29-da buraxılacağını açıqlamışdı.

Xatırladaq ki, bir müddət əvvəl Amerika Erməni Milli Komitəsi (ANCA) "Disney"dən böyük Atatürklə bağlı serialı ləğv etməyi tələb etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR