İnsanlara hürriyət, millətlərə istiqlal!

Direktor rüşvət alırsa, günahın böyüyü kimdədir? – Seymur Verdizadə ilə GÜNƏ BAXIŞ

Son günlər cəmiyyətdə məktəb direktorlarının rüşvət videoları, səs yazıları ilə bağlı paylaşımların sayı artıb. Müəllimlərdən rüşvət istəyən, onlara bu barədə ultimativ səs yazısı göndərən direktorların sayı get-gedə çoxalır. Çoxları bunu kampaniya hesab edir. Amma durum o qədər də sadə deyil: səbəb nədir?

Digər tərəfdən, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib ki, sosial yardım insanları xarab edib. Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verirlər. Belə olmaz”.

Kəndlilərin problemi, işsizlik və bahalaşmanın pik həddə çatması. Sosial problemlərin girdabında qalan cəmiyyət nə etməli, hansı addımları atmalıdır?

Bütün bu problemlərimiz barədə TV Müsavatın efirində tanınmış aparıcı Seymur Verdizadə “Seymur Verdizadə ilə GÜNə baxış” verilişində danışacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR