İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Kurskda ən HƏLLEDİCİ döyüşlər BAŞLADI, Rostov da VURULDU – CANLI

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı işlər müvəkkili Stefani Holmsa etiraz notası təqdim edib. Buna səbəb ABŞ media nümayəndələrinin Kursk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinə gəlməsi və ABŞ özəl hərbi şirkətinin döyüşlərdə Ukraynanın tərəfində vuruşması göstərilib. Rusiya XİN-in bəyanatında bu, ABŞ-ın Ukrayna müharibəsində birbaşa iştirakının sübutu və Zelenskinin “məkrli planı” kimi səciyyələndirilir. Rusiya XİN özəl hərbi şirkət dedikdə, “Forward Observation Group” (FOG) şirkətini nəzərdə tutur. 2022-ci ildə Rusiya XİN bu şirkəti artıq Ukraynada kimyəvi hücuma hazırlıqda ittiham etsə də, heç bir dəlil-sübut göstərməmişdi. “Voks Ukraina” saytı bildirir ki, FOG şirkəti əməkdaşlarının bir hissəsi könüllü olaraq Ukrayna silahlı qüvvələrinə qoşulub. Bəyanatda ABŞ mediasının adının çəkilməsi isə CNN-nin Ukraynanın Kurskda nəzarət etdiyi Suca şəhərindən reportaj hazırlaması ilə bağlıdır.

Kreml Ukraynanın Kursk vilayətindəki hücumunu dayandıra bilmir və indi Ukrayna Silahlı Qüvvələri növbəti iri yaşayış məntəqəsi olan Korenevo uğrunda döyüşə başlayıb. “BİLD” nəşrinin tanınmış eksperti Julian Röpke yazıb. Onun sözlərinə görə, avqustun 20-də Rusiyanın “Şimal” qrupunun teleqram kanalı Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Korenevo kəndinin girişindən 300 metr məsafədə (sərhəddən 19 km aralıda) döyüşdüyünə dair video paylaşıb. Röpkenin qeyd etdiyi kimi, bu görüntülər Ukrayna Silahlı Qüvvələrinin bir neçə gündür yaxınlaşdığı Korenevo uğrunda döyüşlərin başladığını təsdiqləyir. Onun fikrincə, Vladimir Putinin reputasiyası üçün Koronevonun itirilməsi Sudja şəhərinin itirilməsindən də pis olacaq: “Sudjadan fərqli olaraq, o, hücumun gözlənilməz olmasını və hazırlıqsız müdafiəni bəhanə gətirə bilməyəcək. Kursk bölgəsində iki həftə davam edən döyüşlərdən sonra buradakı Rusiya ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib və bölgəyə minlərlə əsgər köçürülüb. Bu vəziyyətdə onlar Ukrayna ekspedisiya qüvvələrinə uduzacaqlarsa, bu, Rusiya hərbi rəhbərliyi üçün dəhşətli bir ayıb olacaq”.

Bundan əlavə, Röpke Ukrayna Silahlı Qüvvələrinin digər sahələrdə də uğurlu irəliləyişini qeyd edib. Onun yazdığına görə, xüsusilə də Ukrayna qoşunları inadkar döyüşlərdən sonra Sudjanın şimal-şərqindəki Martınovka kəndinə nəzarəti ələ keçiriblər ki, bu məntəqə də birbaşa Kurska aparan P200 şossesində yerləşir:

"Martynovka çeçen bölmələri tərəfindən müdafiə edilirdi, kənd Sudjaya potensial əks-hücum üçün başlanğıc nöqtəsi kimi vacib idi. İndi Ukrayna Silahlı Qüvvələri üçün bu təhlükə sürətlə azalır".
Ukrayna ordusu Rusiyanın Rostov vilayətində, cəbhə xəttindən 160 km məsafədə yerləşən S-300 hava hücumundan müdafiə sistemini məhv edib. “Defence Express” məlumat yayıb.
“Zərbə Ukrayna Hərbi Dəniz Qüvvələrinin ordunun digər bölmələri ilə əməkdaşlığı nəticəsində həyata keçirilib. Hücum “Neptun” raketləri ilə edilib”, - məlumatda bildirilib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə Kursk və Donbas döyüşlərini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR