İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Dünyaya qaranlıq çökə, bütün həyat MƏHV ola bilər - Yer kürəsini nələr gözləyir?

Son zamanlar ard-arda baş verən günəş fırtınaları səbəbindən Günəş "solar maksimumu"na doğru irəliləyir. Günəşdəki bu fırtınaların Yer kürəsini həftələrlə qaranlığa qərq edəcəyi ehtimal edilir. Amma bundan da pis hadisə qarşılaşa bilərdik. Alimlər "V1355 Orionis" adlı ikili ulduz sistemində, hətta atmosferə təsir edəcək və yer üzündəki bütün canlıları məhv edəcək qədər böyük olan super partlayış barədə məlumat əldə ediblər.

Musavat.com xəbər verir ki, Günəşdəki partlayışdan on qat böyük olan super partlayışı müşahidə edən mütəxəssislər mühüm bir detala diqqət çəkib.

0 - 2023-05-01T165256.533.jpg (54 KB)

Əgər kifayət qədər güclü bir ulduz partlayışı baş versə, bu, bütün həyatı məhv edə bilər. Bu səbəbdən ulduzlardakı bu partlayışlar elm adamları üçün çox vacibdir.

Yaponiyanın Kyoto Universitetindən Şun İnouenin başçılıq etdiyi astronom qrupu 3,8 metrlik (12,5 fut) Seimei Teleskopu və Transiting Exoplanet Survey Peykindən (TESS) istifadə edərək "V1355 Orionis"dəki ikili sistemi izləyib.

Nəhəng ulduz partlayışını müşahidə edən mütəxəssislər partlayışın sürətinin saniyədə ən az 990 kilometr olduğunu bildirirlər.

0 - 2023-05-01T165301.260.jpg (51 KB)

Komanda tərəfindən aparılan ölçmələr astronomların super partlayışların necə başladığını anlamaları baxımından mühüm əhəmiyyət daşıyır. "V13555 Orionis"dəki super partlayış Günəşdəki partlayışlar barədə məlumat toplamaq və onların Yerə təsirinin qarşısını almaq üçün vacibdir.

Məsələn, Günəşdən gələn partlayışlar tez-tez Yerdə geomaqnit qasırğalarına səbəb olur. Ən pis hallarda bu fırtınalar texnologiyaya təsir edə, rabitəni poza, elektrik şəbəkələrini bağlaya və peyklərə zərər verə bilər. Lakin "V1355 Orionis"də olduğu kimi püskürmələr olsa, hətta atmosferdə də dəyişiklik olacaq. Nəticədə dünya qaranlığa qərq ola, bütün həyat məhv ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR