Onlayn ictimai-siyasi qəzet
Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub.
Onlara bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ