İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN yeniyetmənin döyülməsi barədə görüntülərə münasibət bildirib - VİDEO

Sosial şəbəkələrdə yeniyetmələr arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

APA xəbər verir ki, videoda 4 yeniyetmənin bir nəfəri döydükdən sonra kameraya çəkdiyi görünür. Onlar döydükləri yeniyetmədən üzr istəməsini tələb edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, baş leytenant Mahir Məsimov APA-ya bildirib ki, məsələ artıq nəzarətə götürülüb: "Görüntülərdən məlumatlıyıq. Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək. Görüntülərdə Ağdaş rayonunun adı çəkilsə də, hadisənin hansı ərazidə baş verməsi araşdırmalardan sonra dəqiq məlum olacaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR