İnsanlara hürriyət, millətlərə istiqlal!

Din dərsindən qaçmaq istəyən oğlan 5-ci mərtəbədən yıxılıb

Daşkənddə uşaqlara qanunsuz olaraq din dərsi keçən şəxs şagirdlərini döyməkdə şübhəli bilinir. Bu, şagirdlərdən birinin beşinci mərtəbənin pəncərəsindən qaçmağa cəhd etməsindən sonra məlum olub.

Musavat.com Özbəkistan mətbuatına istinadən xəbər verir ki, uşaq döyülməkdən xilas olmaq üçün kabeldən istifadə edərək 5-ci mərtəbədən düşmək istəyib, sonra isə hündürlükdən yıxılıb.

Həmin molla-müəllim 15 gün müddətinə həbs edilib. Uşaqların valideynləri də məsuliyyətə cəlb olunublar.

Uşaq sınıq və çıxıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı təcili yardım həkimi daxili işlər orqanlarına məlumat verib.

Digər uşaqlarda da döyülmə əlamətləri müşahidə olunub. Oğlanların yaxınları bu zorakılıqdan xəbərsiz olduqlarını bildiriblər.

 

Uşaqlara vurulan xəsarətin ağırlığını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İstintaq zamanı müəyyən edilib ki, dini təhsili olmayan (1995-ci il təvəllüdlü) kişi kirayədə yaşadıqları mənzildə oğlanlara İslam dinini öyrədib, hər birindən 200 min sum alıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR