İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən müharibə iştirakçısı olduğu deyilən şəxslə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı olduğu deyilən Taleh Bayramovun Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində incidilməsi barədə iddialar yayılıb.

Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, iddialarda onun avtomobilinin əsassız şəkildə cərimə meydançasına aparıldığı bildirilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, iyulun 10-da Gəncə şəhər sakini Taleh Bayramov "VAZ" markalı avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb:

“Avtomobil duracağa yerləşdirilib. Sürücü barəsində protokol tərtib olunub, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırıldıqdan sonra sərbəst buraxılıb. Lakin vətəndaş bir daha spirtli içkinin təsiri altında Yol Polisi Şöbəsinin inzibati binasının həyətinə daxil olaraq barəsində görülən qanunamüvafiq tədbirə görə özünə müxtəlif bədən xəsarətləri yetirməyə çalışıb. Yüksək səslə nalayiq ifadələr işlədib, edilən xəbərdarlıqlara baxmayaraq, qeyri-adekvat hərəkətlərini davam etdirib. Vətəndaş saxlanılıb, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib”.

Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, T. Bayramov Vətən Müharibəsi iştirakçısı deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR