İnsanlara hürriyət, millətlərə istiqlal!

DİM aeroport haqqında suala aydınlıq gətirdi

Dövlət İmtahan Mərkəzi dünən və bu gün Feysbuk sosial şəbəkəsində yayılan və DİM-in tələbə qəbulu üzrə keçirdiyi test imtahanlarında proqrama salındığı iddia olanan sualla bağlı məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, abituriyentlərə verilən sualın aşağıdakı kimi olduğu iddia olunurdu: "Füzuli hava limanının uzunluğu nə qədərdir?"

DİM-in aşıqlamasında bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən tapşırıqda Füzuli hava limanının uzunluğu soruşulmayıb: "Bu tapşırıqda yer alan bəndlərin birində 2023-cü ilədək işğaldan azad edilən ərazilərdə istifadəyə verilən (Füzuli və Zəngilan ) və hazırda tikintisi davam edən (Laçın) hava limanları ilə bağlı ümumi məlumatlılıq səviyyəsi yoxlanılmışdır.

Həmin tapşırığı təqdim edirik.

İşğaldan azad edilmiş ərazilərdəki bərpa və quruculuq işləri özündə əks etdirir:

1. Ərazilərdə dayanıqlı icmaların yaradılmasını

2. 2023-cü ilədək 3 hava limanının tikilib istifadəyə verilməsini

3. Həyata keçirilən işlərdə texnoloji yeniliklərin tətbiqini

4. Bərpa olunan enerji mənbələrindən istifadəni

5. Məskunlaşma prosesinə 2026-cı ildən etibarən başlanılmasını

A) 2, 4, 5 B) 2, 3, 5 C) 1, 3, 4

D) 1, 2, 3 E) 1, 4, 5

Doğru cavab: C bəndi".

Bununla da aydın olur ki, DİM-ın yeni aeroportlar haqqında imtahana saldığı sual məhz yuxarıdakı kimidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR