Onlayn ictimai-siyasi qəzet
16 yaşlı restoran işçisini döyən Dilican şəhərinin cinayət axtarış şöbəsinin rəisi Arsen Qaytmazyan 2 ay müddətinə həbs edilib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb və məhkəmənin ibtidai istintaq orqanının vəsatətini təmin etdiyini bildirib.
Arsen Qaytmazyan bir gün əvvəl saxlanılmışdı.
Xatırladaq ki, ArmLur.am saytı Ermənistan Daxili İşlər Nazirliyinin Tavuş vilayətinin Dilican şəhərinin cinayət axtarış idarəsinin rəisinin hotellərdən birində 16 yaşlı uşağı döydüyü videonu yayıb. Yayılan kadrlardan polisin Aqarsin mehmanxana kompleksinə necə girdiyini və otaq sifariş etdiyini görmək olar. Ofisiant deyir ki, sifariş edilən otağın pulunu ödəməlisən, bundan sonra aralarında məbləğ üstündə mübahisə yaranır və bu zaman cinayət axtarış şöbəsinin rəisi onu döyür.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ