İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilan Polat psixiatriya xəstəxanasına yerləşdirildi

Türkiyəli məşhur fenomen Dilan Polat psixiatriya xəstəxanasına yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə fenomen sosial mediada paylaşım edib.

Dilan Polatın bu paylaşımından sonra vəkili açıqlama verib. Polatın vəkili bildirib:

“O, öz istəyi ilə psixiatriya şöbəsində qalaraq müalicə prosesinə başlayıb”.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılmışdı.

Dilan bir müddət öncə ərindən boşanacağını açıqlamışdı. Daha sonra iki övladı olan Polat üçüncü uşağı gözlədiyini açıqlamışdı.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR