İnsanlara hürriyət, millətlərə istiqlal!

Dibrovlar Rusiyanı tərk edərək Afrikaya getməyə qərar verdilər

Məşhur teleaparıcı Dmitri Dibrovun həyat yoldaşı, model və bloger Polina Dibrova Rusiyanı tərk etmək planlarını açıqlayıb.

Musavat.com mk.ru-ya istinadla xəbər verir ki,  o, ərinin "I kanal"dan qovulması xəbərindən sonra ailəsinin Afrikaya getməyə qərar verdiyini söyləyib.

Nəşrin məlumatına görə, ailə mayın əvvəlində səyahətə çıxmağı planlaşdırır. Model bir neçə gündür sosial şəbəkələrdə abunəçilərinə həyatlarında başlayan qara zolaqdan şikayətlənib. O ümid edir ki, Afrika səfəri bir sıra uğursuzluqları tamamlayacaq.

Bundan əvvəl Dmitri Dibrovun Moskvada qəzaya uğradığı məlum olub. Həyat yoldaşı izah edib ki, qəzadan əvvəl sürücülərlə mübahisə edib və əsəbi olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR