İnsanlara hürriyət, millətlərə istiqlal!

Diaspor fəalları Ukrayna ordusu üçün qan verdi

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov başda olmaqla təşkilatın rəhbər heyəti Ukrayna ordusu üçün qan veriblər. H.Cavadovun bildirdiyinə görə, bu tədbir Kiyev Şəhər Donorluq Mərkəzində keçirilib. 

Onun dediyinə görə, sözügedən aksiyaya UABD-nin Ukraynanın digər vilayətlərində fəaliyyət göstərən nümayəndəliklərinin üzvləri də qoşulacaqlar.

“Biz Ukraynaya hərtərəfli kömək edir, Ukrayna xalqının bir hissəsi olduğumuzu əməli işlərimizlə sübuta yetiririk” – deyə UABD rəhbəri vurğulayıb. 

Xatırladaq ki, Azərbaycan diaspor fəalları Ukrayna ordusuna, habelə müharibədən əziyyət çəkən dinc əhaliyə maddi yardımlar göstərir. Bununla yanaşı ölkənin bir çox azərbaycanlı vətəndaşları silaha sarılaraq vətənləri Ukraynanın müdafiəsinə qalxıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR