İnsanlara hürriyət, millətlərə istiqlal!

“Deyirlər, şirindir busənin dadı” - Amma FİFA bunu Rubiales üçün acı etdi

İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales avqustun 26-dan etibarən 90 gün müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Luis Rubiales mükafatlandırma mərasimində İspaniyanın qadınlardan ibarət yığmasının kapitanı Hermosonun dodaqlarından öpdüyünə görə üzr istəsə də, FİFA insidentlə bağlı araşdırma apardığı üçün Rubiales barədə belə bir qərar qəbul edib.

Beynəlxalq Futbol Federasiyasının İntizam Komitəsinin bu qərarını şənbə günü, avqustun 26-da FİFA-nın (FIFA) mətbuat xidməti yayıb.

Avqustun 25-də Rubiales hadisədən sonra vəzifəsini tərk etmək fikrində olmadığını bildirib. Bu arada, sports.ru onlayn nəşrinin məlumatına görə, 80-dən çox oyunçu, o cümlədən Hermoso da daxil olmaqla mundialın 23 iştirakçısı Rubialesin federasiyanın rəhbəri olduğu müddətdə İspaniya millisində oynamaqdan imtina etdiklərini bildiriblər.

64eabf1933c2a917211426.jpg (55 KB)

BBC-nin məlumatına görə, Luis Rubiales lap əvvəldən öpüşün qarşılıqlı olduğunu və bunun qələbə eyforiyası və Hermosonun razılığı ilə baş verdiyini iddia edib.

Onun sözlərinə görə, onu öpmək mümkün olub-olmadığını soruşub, o, “yaxşı” cavabını verib. Bundan əlavə, Rubiales iddia edir ki, məhz qız onu qucaqlayıb.

Lakin 33 yaşlı Cenni Hermoso bir gün əvvəl öpüşməyə razılıq vermədiyini və Rubialesi özünə sıxmadığını bildirib. O, özünü cinsi xarakterli qeyri-münasib hərəkətlərin qurbanı hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR