İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatların təklifləri müzakirə olunacaq - nazir

Maliyyə naziri Samir Şərifov Milli Məclisdəki plenar iclasda çıxış edərkən bildirdi ki, deputatların büdcə müzakirələri zamanı təmsil etdikləri regionların qaz və su təchizatı, məktəblərin tikintisi, yol infrastrukturu və digər məsələlərlə bağlı təkliflərinə aidiyyəti qurumlar tərəfindən baxılacaq.

Nazir qeyd etdi ki, qaldırılan məsələlərin 2023-cü il büdcəsi çərçivəsində həll edilməsi və ya növbəti ilin dövlət büdcəsinə daxil edilməsi ilə bağlı qərar müvafiq qurumların təhlilləri nəticəsində veriləcək.

S.Şərifov deputat Qüdrət Həsənquliyevin ötən iclasda Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan vəfat etdiyi barədə dediyi fikirlərlə razılaşmadı. “Bundan əvvəl parlamentin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsini bildirmişdi. Buna görə də təklif etmişdi ki, kişilərin pensiya yaşı aşağı salınmalıdır. Ancaq bu fikirlər həqiqəti əks etdirmir ”.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR