İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar tətilə çıxdı

“Parlamentin fəaliyyətinin təkmilləşdirilməsi üçün görülən işlər bu il də davam etdirilib”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının son iclasında çıxış edən spiker Sahibə Qafarova deyib.

O bildirib ki, payız sessiyasında 206 qərar və qanun qəbul edilib, 19 iclas keçirilib: “Eyni zamanda bu il 10 ictimai dinləmə keçirilib. Bundan başqa, Milli Məclis tərəfindən bir neçə bəyanat qəbul olunub. Bunlardan biri Fransanın qanunverici orqanının qərarlarına cavab olaraq qəbul olunub. Eyni zamanda 1 şəhid anası və 4 qazi Milli Məclisdə işlə təmin edilib”.

Dövlət himninin oxunması ilə Milli Məclisin payız sessiyası başa çatıb və deputatlar tətilə yollanıb.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR