İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar Ombudsmanın maaşının artırılmasına razılıq verdilər

Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi birinci oxunuşda müzakirə edildi.

Qanun layihəsini Milli Məclis sədrinin Birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Layihəyə əsasən, İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. Dəyişikliyə əsasən, ombudsmanın vəzifə maaşı 2230 manatdan 3060 manata çatdırılacaq. Bundan əlavə Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə vəsait ödəniləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR