İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın sevgilisi ETİRAF ETDİ - Rüşvət skandalının arxasında BU ŞƏXS dayanır

Xəbər verdiyimiz kimi, Belçika polisinin 9 dekabr Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Günündə həyata keçirdiyi əməliyyat nəticəsində Avropa Parlamentinin Belçikada fəaliyyət göstərən 14 vitse-prezidentindən biri olan Eva Kaili Qətərdən rüşvət aldığı səbəbilə əli olduğu korrupsiya istintaqı ilə əlaqədar paytaxt Brüsseldə saxlanıb. 

Musavat.com xəbər verir ki, bu hadisə Avropa Parlamentində (AP) ən böyük korrupsiya qalmaqalıdır.

Yunanıstan parlamentinin deputatı Eva Kaili ilə yanaşı, sevgilisi Francesco Giorgi və keçmiş AP üzvü Pier Antonio Panzeri barəsində də həbs qətimkan tədbiri seçilib.

İtaliyanın “La Repubblica” qəzeti Demokratlar Qrupunda köməkçi olan Francesko Giorgidən ifadə alındığını bildirib. Giorgi ona qarşı irəli sürülən ittihamları qəbul edib.

639d86a84e3fe022c0f4af2b.jpg (81 KB)

Məlumata görə, Giorgi eyni istintaqa cəlb olunan sevgilisi Eva Kailinin azadlığa buraxılması şərti ilə danışıb və hər şeyi pul üçün etdiyini deyib.

Giorgi etiraflarında onlara Avropa Parlamentinin keçmiş italiyalı deputatı Pier Antonio Panzerinin rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, Panzeri pul axınının idarəsini nəzarətdə saxlayıb.

Adının açıqlanmasını istəməyən məhkəmə mənbəsi Panzerinin Berqamo əyalətindəki evində aparılan axtarış zamanı 17 min avronun ələ keçirildiyini təsdiqləyib.

Son illərin ən böyük rüşvət qalmaqalı ilə bağlı araşdırmanı ciddiləşdirən polis istintaq zamanı hələ də bir çox suallara aydınlıq gətirə bilməyib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR