İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan xahiş: Gəncə-Şuşa avtobus reysi açılsın

Milli Məclisin iclasında çıxış edən deputat Naqif Həmzəyev Gəncə sakinləri adından hökumətə müraciət etdi.

Deputat bildirdi ki, gəncəlilər işğaldan azad olunmuş ərazilərə, xüsusilə də Şuşaya getmək arzusundadırlar. Odur ki, Gəncə sakinlərinə Bakıya gəlmədən, birbaşa Şuşaya getmək üçün şərait yaradılmasını, bu məqsədlə Gəncə-Şuşa avtobus reyslərinin açılmasını xahiş etdi.

Deputat Sahib Alıyev isə Tərtərin müharibə dövründə dağıdılmış evlərin tikintisindən narazılıqların olduğunu bildirdi. Dedi ki, rayonda hələ də odun yandırılan 18 məktəb qalır və onların qazlaşdırılması ilə bağlı tədbirlər görməyə çağırdı. Həmçinin tikilən, amma hələ də istifadəyə verilməyən məktəblərlə bağlı suallarını ünvanladı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR