Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdəki müzakirələr zamanı çıxış edən deputat Emin Hacıyev Qarabağa dair Elmi Araşdırmalar Mərkəzinin yaradılmasını təklif edib.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, bu Mərkəz yalnız Qarabağın tarixini deyil, coğrafi, təbii ehtiyatlar, musiqi, mədəniyyət, bioloji, antropoloji araşdırmaları və sair sahələrini də əhatə edə bilər:
“Hesab edirəm ki, Şuşada yaxud Xankəndidə belə bir Mərkəzin yaradılmasının yaxın zamanlarda reallaşdırılmasının əsl vaxtıdır. Bu, Qarabağın resurslarından istifadənin keyfiyyətinin təminatına, erməni yalanlarının ifşasına, Azərbaycan - Qarabağ həqiqətlərini elmi nəzərdən dünya ictimaiyyətinə çatdırılmasına, eyni zamanda həmin bölgədə elmi mühitin möhkəmlənməsinə töhfə verər”.
E.Hacıyev əlavə edib ki, bu elmi tədqiqat Mərkəzi həm də Qarabağ Universiteti ilə simbioz - tandem şəkildə işləyə və qarşılıqlı fayda verə bilər:
“Həm də o baxımdan ki, tələbələr buradakı tədqiqatlara cəlb oluna bilər və praktiki olaraq elmi tədqiqatların işində iştirak edə bilərlər”.
E.Paşasoy,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ