İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SENSASİON AÇIQLAMA: “Dərhal məhv edilməlidir...”

Deputat Musa Qasımlı Milli Məclisin iclasında Ermənistanın son təxribatından bəhs edib.

Musavat.com xəbər verir ki, ötən gün ərazimizdə terrorçu Ermənistan tərəfindən atəşin açılması Ermənistanın ağıllanmadığını göstərir: “Hamı bilir ki, bu gün Azərbaycanın Gürcüstan, Türkiyə, Rusiya, İranla sərhədləri bağlıdır. Amma Ermənistanla sərhədimiz açıqdır. Lakin Ermənistan bunu qiymətləndirə bilmir. Bu ölkə ağıllanmaq istəmir və İranla birgə regionu qarışdırmağa çalışır”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan əsgərinə, Azərbaycan dövlətinə, ordusuna, təhlükəsilzik qüvvələrinə atəş açan, buna cürət edən şəxs dərhal yerində məhv edilməlidir: “Biz sərhədimizdən bir quşun icazəsiz uçmasına imkan verməməliyik. İnsan hüquqlarından danışan beynəlxalq təşkilatlar baş vermiş hadisəyə münasibət bildirməli, Ermənistana yerini göstərməlidirlər. Sərhəddə baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür”.

E.Paşasoy,
Musavat.com   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR