İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan “Qırmızı Xaç”a sərt xəbərdarlıq: “Unutmasınlar...”

Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən deputat Vüqar İskəndərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının Laçın yolundan qaçaqmalçılıq məqsədilə istifadə etməsinə dair məlumatlara diqqət çəkdi.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi şöbəsinin fəaliyyəti, nə beynəlxalq hüquqa, nə də komitənin özünün nizamnaməsinə uyğundur: “150 ildən çox yaşı olan həmin təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsini qarşısına məqsəd qoymasına baxmayaraq Azərbaycana gələnlər münaqişə qurbanlarını kənara qoyub, münaqişə törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur”.

V.İskəndərovun sözlərinə görə, təşkilat unudur ki, Azərbaycanın suveren ərazisində fəaliyyət göstərir: “Hələ də ərazimizə irəvanlılar gəlib-gedir. Rəsmi Bakı dəfələrlə təşkilata fəaliyyətini ölkəmizlə koordinasiya şəkildə olmasını deyib. Onlara Xankəndi və digər yerlərə Bakıdan gəlib-getmələri bildirilib. Təəssüf ki, hələ də bu təşkilat həmin təklifləri qulaqardına vurur. Ümid edirik ki, qanunazidd hərəkət edənlərə qarşı ölçü götürüləcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR