İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Lerik və Yardımlı ilə bağlı hökumətə çağırış

“Lerikdə 2200 km yol olduğu halda, onun yalnız 120 km-inə asfalt döşənib”. Bunu Milli Məclisdəki müzakirələrdə deputat İqbal Məmmədov söylədi.

Deputat hökumətin iştirakı ilə keçirilən iclasda başqa bir problemə də diqqət çəkdi. O bildirdi ki, Lerik və Yardımlı şəhər mərkəzləri arasında 30 km məsafə var. İki rayon arasında normal əlaqənin qurulmasından ötrü 1 ötürücü körpüyə və 4 km-lik yolun asfaltlanmasına ehtiyac var. “Təsəvvür edin ki, Lerik əhalisi Yardımlıya gəlməkdən ötrü 180 km dairəvi avtomobil yolundan – Lerik-Lənkəran-Masallı-Yardımlı - istifadə etməyə məcbur olur”, deyən deputat Baş nazirə və hökumət üzvlərinə iki qonşu rayonun əhalisini narahat edən problemin həllini xahiş etdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR