İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Göyçə, Zəngəzur, İrəvandakı toponimlərimizlə bağlı mühüm təklif

Deputat İsa Həbibbəyli Milli Məclisin bugünkü iclasında bildirib ki, komissiyanın əvvəlki katibi yeni vəzifəyə təyinat alıb. Odur ki, İ.Həbibbəyli komissiyadakı bu vəzifəyə parlamentin müvafiq şöbəsinin əməkdaşı Cavid İsgəndərovun namizədliyini təklif edib.

Komitə sədri Siyavuş Novruzov isə qeyd edib ki, Zəngəzur, Göyçə, İrəvan bölgəsindəki qədim adlarımız kütləvi şəkildə dəyişdirilib: "Bu istiqamətdə alimlərimiz kifayət qədər işlər görürlər, araşdırmalar aparırlar. Toponomiya komissiyası ilə birlikdə müzakirələr keçirib, həmin yer adlarının dəyişdirilməsiylə bağlı qərarlar qəbul etməliyik".

S.Novruzov əlavə edib ki, seçki dairələrində sosializm, bolşeviklərlə əlaqəli adlar da qalıb. Odur ki, həmkarlarına müraciətlə bu istiqamətdə araşdırma aparılmasını, həmin kənd adlarına da baxılmasını təklif edib:

"Payız sessiyasında bu məsələni müzakirə etmək lazımdır".

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR