Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsini zəruri edib.
Musavat.com bildirir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdəki müzakirələrdə söylədi.
Komitə rəhbəri bildirdi ki, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır:
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olacağı proqnozlaşdırılır. Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. Bunu nəzərə alaraq, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək mövcud 3.387,1 milyon manatdan 190,0 milyon manat artırılaraq3.577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 milyon manat artırılaraq 6500,0 milyon manatdan 6525,0 milyon manata çatdırılması təklif olunur”.
M.Quliyev qeyd etdi ki, bununla yanaşı, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılıb:
“Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək. Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılıb. Yekun olaraq, DSMF büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq 6.949.860 min manat təşkil edəcək”.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ