Onlayn ictimai-siyasi qəzet
Rusiyalı deputat Vitali Milonov şəhər geyim kodunu tənzimləyən qaydaların işlənib hazırlanmasına başlayıb.
Bu qaydalar qadınların ictimai yerlərdə alt paltarı olmadan görünməsini qadağan edəcək. Bu barədə Kseniya Sobçak Teleqramda məlumat verib.
Deputatın bütün qeydləri komitədə müzakirəyə çıxarılacaq qanun layihəsi ilə nəticələnəcək. Milonov şəhərin küçələrində belə qadınlarla qarşılaşdıqdan sonra hərəkətə keçib.
Deputat qeyd edib ki, şəhərdə bu formada görünmək yolverilməzdir.
Onun fikrincə, cəmiyyətin əxlaqi prinsipləri ilə qadının orada alt paltarı olmadan olması üst-üstə düşmür. Vitali Milonov ictimai yerə çıxarkən ləyaqətli geyinməyə çağırıb./Publika.az
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ