İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Sahib Alıyev fransız spikeri Göyçədəki kəndinə dəvət etdi

 

Milli Məclisin sədri Sahib Alıyev  Fransa Milli Məclisinin sədri Yael Bron-Piveyə açıq dəvətnamə ünvanlayıb.

Musavat.com bu barədə bildirir ki, deputat yazıb: 

“Fransa Milli Məclisinin  hörmətli xanım sədri, Ermənistanda səfərdə olmanızı nəzərə alaraq Sizi İrəvandan cəmisi iki saatlıq məsafədə yerləşən Göyçə mahalının Aşağı Şorca kəndinə dəvət etmək istəyirəm. Amma üzrlü sayın ki, mən doğulduğum o kənddə Sizi qarşılaya bilməyəcəm. Çünki Ermənistanın avtoxton əhalisi olan yüz minlərlə azərbaycanlı kimi bizim ailəmiz də oradan deportasiya edilib. Və orasını da üzülü sayın ki, Sizi evimizə də dəvət etmək mümkün deyil. Evimiz  də yoxdur, son daşına kimi sökülüb aparılıb. 

Ümumiyyətlə, sevimli haylarınız Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş yüzlərlə qəsəbələrini necə dağıdıblarsa, Ermənistanda azərbaycanlılar yaşamış bir çox kəndləri də təqribən o vəziyyətə salıblar. İstənilən halda əziyyət də olsa, ora getməniz məsləhətdir”.

S.Alıyev ardınca yazıb: “Onsuz da biz Fransadan ədalət gözləmirik,  amma bu səfər ən azından regiondakı vəziyyəti dəqiq bilmək, dəstəklədiyiniz hayları lap yaxşı tanımaq və boyunlarına daha böyük minnət qoymaq baxımından işinizə yaraya bilər.  

Fransa Milli Məclisinin  hörmətli xanım sədri,  sonda xahiş edirəm ki, kəndimizdəki  acınacaqlı mənzərəni görəndə ürəyiniz heç üzülməsin! İşğaldan azad edilmiş torpaqlarımızda olduğu kimi  Ermənistanın azərbaycanlılar yaşamış kəndlərində də quruculuq işləri gedəcək, əmin-amanlıq yaradılacaq. Onu biz edəcəyik, o torpaqlardan deportasiya olunanlar. 

Ancaq o zaman Sizi və indi Fransaya rəhbərlik edənlərin heç birini kəndimizdə görmək istəməzdim. Səbəbini özünüz yaxşı bilirsiniz. Azərbaycan Milli Məclisinin deputatı Sahib Alıyev”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR