İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Prezidentin Gədəbəy açıqlamasına reaksiya verdi

Deputat Nurlan Həsənov Prezident İlham Əliyevin Gədəbəy hadisələrilə bağlı çıxışına münasibət bildirib. 

Musavat.com xəbər verir ki, millət vəkili bu barədə Facebook sosial şəbəkəsində yazıb. O, qeyd edib ki, Prezident hadisələrə obyekti və vətəndaşın, xalqın mövqeyindən yanaşır. 

"Bugün cənab Prezident İlham Əliyevin Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr ilə bağlı çıxışı sadəcə möhtəşəmdir və Prezidentin ölkədə baş verən hadisələrə necə obyektiv, vətəndaş mövqeyindən və “hər şey Azərbaycan vətəndaşı üçündür” yanaşmasını bir daha sübut edir!"

Deputat daha sonra Prezidentin çıxışından sitat gətirib: “Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".

 

Musavat.com

Screenshot_1.png (35 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR