İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat partiayaların ƏDV-dən azad olunmasını təklif etdi

Milli Məclisin bu günki plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Vüqar Bayramov bəzi məqamlara münasibət bildirdi.

Deputat dedi ki, bu sənədin qəbulu islahatların inkluzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək: “Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir”.

V.Bayramov qanun layihəsinin təkmilləşdirilməsi üçün bir sıra təkliflər ilə çıxış etdi. Deputat partiayaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını təklif etdi. Eyni zamanda seçkilərdə eitbarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürələcək vəsaitin artırılması təklifini irəli sürdü.

Deputat bildirdi ki, 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər: “Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR