Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Primorye vilayətində deputat həmkarını “qeyri-standart cinsi oriyentasiyalı şəxs” adlandırdığı üçün cərimələnib.
Bu barədə Rusiya regionunun məhkəmə sisteminin mətbuat xidməti məlumat yayıb.
“Kommersant” yazır ki, “Vahid Rusiya”nın nümayəndəsinə LDPR üzvü Kirill Tixonov birmənalı olmayan məzmunlu mesaj göndərib.
Mesaj Bələdiyyə Dairə Dumasının bütün deputatları və mütəxəssislərinin daxil olduğu söhbətdə yayıldığı üçün məhkəmə mesajı açıq elan edib. Həmkarını təhqir etdiyinə görə deputata beş min rubl məbləğində cərimə kəsilib. Cərimə məbləği dövlət büdcəsinə köçürüləcək. (Publika.az)
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ