İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü - FOTO

VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir.

Musavat.com xəbər verir ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

C. Həsənli iddia edir ki, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.

Məlumata dair Hicran Hüseynovanın münasibətini dərc etməyə hazırıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR