İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat "Gənclər Günü"ndə ilk dəfə səs verən gənclərlə görüşdü

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu 18 saylı Bakı peşə liseyinin akt zalında 7 Fevral Prezident Seçkilərində ilk dəfə səsverəcək bir qrup gənc seçicilərlə görüşüb.

Musavat.com xəbər verir ki, Azay Quliyev 2 fevral "Gənclər Günü" münasibətilə hər kəsi təbrik etdi və bu günün təsis olunmasının tarixi və əhəmiyyəti haqqında məlumat verdi.
Görüşdə iştirak edən gənclər işğaldan azad olunan bütöv və suveren Azərbaycanda keçiriləcək ilk Prezident seçkilərində ilk dəfə səs verəcəklərindən qürur duyduqlarını, bu tarixi gündə ailəlikcə iştirak edəcəklərini bildirdilər. Görüşdə gənclərin maraq dairəsində olan mövzular ətrafında müzakirələr aparıldı və onların suallarına deputat tərəfindən ətraflı cavab verildi.

Musavat.com

3514e6dc-ed38-4f6f-991d-92dfc19baa4c.jpg (96 KB)

a66e712a-a7c8-447c-a6c3-cb81f15f3c4f.jpg (87 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR