İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat gənc və yeniyetmələrlə birgə Xəzər sahilində keçirilən təmizlik aksiyasına qatıldı-FOTOLAR

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial mediadakı hesabında diqqətçəkən fotolar paylaşıb.

Musavat.com bildirir ki, fotolardan millət vəkilinin gənclərlə birgə Xəzər sahilindəki çimərlikdə təmizlik aksiyasında iştirak etdiyi məlum olur.

Qeyd edək ki, deputatlar yay tətilindədirlər. Tətil günlərində C.Məmmədovun dəniz sahilində belə bir aksiyaya qatılması və çoxlarına nümunə olan tədbirdə iştirakı marağımıza səbəb oldu.

Musavat.com-a açıqlamasında deputat bildirdi ki, bir qrup yeniyetmə və gənclərin iştirakı ilə Goradil bağları istiqamətində növbəti təmizlik aksiyası keçirilib. C.Məmmədov bildirdi ki, aksiya zamanı 2 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib. “Aksiyanın keçirilməsində əsas məqsəd sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və cəmiyyətə təbiətin qorunması ilə bağlı mesajın verilməsi və nümunəvi addımların təbliği idi”,-deyə millət vəkili bildirib. O qeyd edib ki, belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur: “İnsanlarımız çalışmalıdır ki, Tanrının bizə bəxş etdiyi təbiəti qorusunlar, ona ziyan vurmasınlar”.

Əlavə edək ki, deputat dəniz sahilinin əvvəlki və təmizləndikdən sonrakı halını da paylaşıb. Qalaq-qalaq zibilərdən təmizlənmiş sahil göz oxşayır. Görək insanlarımız təmizliyə riayət edəcəklərmi, yoxsa yenə də ərazini zibilxanaya çevirəcəklər?

 Yeri gəlmişkən, aksiyanın keçirildiyi ərazidəki hündür hasar da diqqətimizi cəlb etdi. Dənizi vətəndaşların üzünə bağlayanlara Allah insaf versin!

 

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR