İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Ermənistanın hərbi cinayətlərə görə cəzalandırılması üçün...”

“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə ərazimizi dünyanın heç bir coğrafiyasında olmadığı qədər mina ilə çirkləndirib. Ermənistanda mövcud olan iki mina zavodu gecə-gündüz Azərbaycan ərazilərinə mina basdırmaq üçün istehsalla məşğul olub. Beynəlxalq humanitar hüquqa, müharibə qaydalarına görə mina xəritələri verilməlidir və minaların zərərsizləşdirilməsi ilə bağlı addımlar atılmalıdır. Təəssüf ki, Ermənistan xəritələri vermir”.

Bu fikirləri Musavat.com-a millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili hesab edir ki, əsas məsələlərdən biri də beynəlxalq təşkilatların bu məsələyə diqqətini çəkməklə Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyətini müəyyənləşdirməkdir:

“Ermənistan hər hansı formada cəzalandırılmalıdır. İlk növbədə mina xəritələrinin verilməsi üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Əks təqdirdə, Ermənistanın hərbi cinayətlərə görə cəzalandırılması üçün digər hüquqi vasitələri axtarıb tapmaq lazımdır. Hərbi cinayətkarların beynəlxalq hüquq qarşısında cəzalandırılması mexanizmləri var. Bu mexanizmlər mina terroru müharibəsinə də şamil edilə bilər”.

Qeyd edək ki, bu gün Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir. Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir:

“Beynəlxalq təşkilatlar, məhkəmələr bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına dəstək göstərməlidir. Ermənistan mina terroru ilə bağlı bizə təzminat ödəməlidir. Minalar daha çox qəbiristanlıqlarda basdırılıb. Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdikləri ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR