İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat erməni vandallığından danışdı: “İran məscidi” kimi təqdim edilir...

Deputat, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov Milli Məclisdəki dinləmə zamanı erməni vandallarının əməllərindən bəhs edib, faktlar sadalayıb.

Musavat.com-un xəbərinə görə, Əhliman Əmiraslanov bildirib ki, bizim dədə-baba yurdumuza geri dönməyə haqqımız var:

“Biz əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq”.

İcma nümayəndəsi indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsimizin talan edilməsi istiqamətində törədilən cinayətlərdən bəhs edib. O bildirib ki, ötən illər ərzində azərbaycanlılara məxsus 500-dən çox qəbiristanlıq, 391 məscid, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən yer üzündən silinib: “Ermənistandakı mədəni irs əvvəldən planlaşdırılmış şəkildə məhv edilib. Ermənistanda yeganə salamat qalan Göy məscid qəsdən “İran məscidi” kimi təqdim edilir. Ermənistan hökuməti Azərbaycan mədəniyyətinin izlərini sonadək silməyə davam edir”.

Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycanın mədəni irsinin mühüm nümunəsi olan Təpəbaşı məhəlləsi də məhv edilmək üzrədir. Ə.Əmiraslanov Aşıq Ələsgərin Göyçədəki məzarı və abidəsinin də dağıdıldığını qeyd edib: “Biz mənəvi irsimizin bərpası və qorunmasında beynəlxalq təşkilatların dəstəyinə ümid edirik. Ermənistanın beynəlxalq öhdəliklərə necə əməl etdiyini öyrənmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi zəruridir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR