İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Elman Nəsirov nazir Sahil Babayevlə söhbətindən danışdı: "Rüşvət verməklə..."

Deputat Elman Nəsirov əmək və əhalinin müdafiəsi naziri ilə telefon danışığının detallarını açıqladı

Son günlər qazilərlə bağlı yaranan ajiotaj, onların bir qisminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz etməsi ciddi müzakirə mövzusudur.

Musavat.com xəbər verir ki, bu hadisəni TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində şərh edən deputat Elman Nəsirov bildirib ki, qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını sındırıb içəri girməsi doğru yanaşma deyil: “İlk baxışdan elə təəssürat yarana bilər ki, qazilərə dövlət qayğısı yoxdur. Dövlət onlara qucaq açmır, onların problemini həll etmir. Elə deyil. Amma son mənzərə onu göstərir ki, bəzi neqativ hallar da var. 3 min şəhidimiz, 10 minə yaxın qazimiz var, qazilərimizin də 3 minə qədəri əlillik statusu alıb. Amma bəzilərinə status verilməyib”.

E.Nəsirov bildirib ki, bu məsələlərlə bağlı nazir Sahil Babayevlə danışığı olub. Onun sözlərinə görə, nazirin problemə yanaşması belə olub: “Nazirin açıqlaması belə olub ki, biz çalışırıq, məsələyə obyektiv yanaşaq. Əvvəlki illərdə hətta əlilliyi sübut olunmasa belə, bəzilərinə göz yumulmuşdu ki, əlillik vəsaiti alsınlar. Amma indi artıq biz istəyirik ki, hər şey obyektiv olsun, əlil olmayan əlillik dərəcəsi almasın”.

Açıqlamanın videoversiyasını aşağıdakı link vasitəsilə izləyə bilərsiz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR