İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat “bu qurumu yoxlayın” dedi - Nazirdən REAKSİYA

“Neftçalada DOST Agentliyinin işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxlasın”.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Sahil Babayev burdadır: “Mən dünən rayonda seçicilərlə görüş keçirdim. Orada konkret şikayətlər olduğu üçün deyirəm. Rayonda DOST Agentliyinin fəaliyyəti yoxlanılsın, məsələyə konkret müdaxilə olunsun”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, məsələ mütləq araşdırılacaq: “Sadəcə, məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Bu, yəqin haqqı ödənilən işlərlə bağlıdır. Bu işlərin icra mexanizmini də yerli icra hakimiyyət orqanı ilə birgə araşdırarıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR