İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Azay Quliyev Şərqi Avropa ölkələrinə səfər edəcək

Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, deputatımız ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində iyunun 6-dan 8-dək Rumıniyanın Buxarest şəhərində, iyunun 8-dən 9-na kimi Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaq.

Bu ölkələrdə Azay Quliyevin dövlət rəsmiləri və parlament üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər zamanı regiondakı vəziyyət təhlil ediləcək, mövcud durumun qiymətləndirilməsi aparılacaq, müasir çağırışlar fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq.

Musavat.com

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR