Onlayn ictimai-siyasi qəzet
47 il sonra İsveç adasında tapılan şüşə məktubun sirri açılıb.
İsveçin qərb sahilindəki adalardan birində tapılan və içində 1978-ci ilə aid ismarıc olan şüşənin sirri BBC Scotland News tərəfindən aydınlaşdırılıb.
Ellinor Rosen Eriksson (32 yaş) və Asa Nilsson (55 yaş) adlı dostlar bu ilin fevralında Väderöarna adalarını gəzərkən sahildəki kol-kosun içində yerə batmış qalın şüşə tapıblar. Şüşənin içində demək olar ki, oxunmaz vəziyyətdə olan nəmli kağız parçası var idi. Onlar kağızı günəşdə qurudaraq "14.9.78" tarixi, "Addison Runcie" adı və "Seatown, Cullen, Banffshire, Şotlandiya" ünvanını oxuya biliblər.
Məlum olub ki, məktub 1995-ci ildə vəfat edən balıqçı James Addison Runcie-yə aiddir. Məktubu o dövrdə onunla eyni gəmidə - "Loraley" adlı balıqçı qayığında işləyən Gavin Geddes yazıb. 47 il sonra tapılan bu məktubu gördükdə Gavin heyrətini gizlədə bilməyib və yazının öz əl işi olduğunu dərhal tanıyıb.
Ellinor sosial mediada paylaşım edərək bu ismarıcın arxasındakı hekayəni öyrənmək istədiklərini bildirib. Məlumatlar toplandıqca BBC araşdırma apararaq, şüşədəki "es" hərflərinin "James" adının sonu olduğunu və 115 rəqəminin o vaxtkı ünvan nömrəsi olduğunu üzə çıxarıb.
Jim Runcie-nin bacısı Jane Worby bu hadisəni "keçmişlə gözəl əlaqə" adlandıraraq belə deyib: "Belə bir şeyi tapmaq insanın təxəyyülünü oyadır. Demək olar ki, özüm də etmək istəyirəm."
Gavin isə "O vaxt biz bir neçə şüşə dənizə atmışdıq. Jim üçün də birini hazırlamışdıq və görünür, 47 il sonra tapılan yeganə şüşə bu imiş. İndi nəhayət ki, bir cavab aldıq," deyə bildirib.
milli.az
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ