Onlayn ictimai-siyasi qəzet
Vyetnamda baş vermiş fırtına nəticəsində turistlərə məxsus "Wonder Sea" adlı gəmi aşıb, nəticədə 34 nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, bu barədə "VnExpress" nəşri vilayət hakimiyyətinə istinadən məlumat yayıb.
Hadisə zamanı gəmidə 48 turist və 5 heyət üzvü olub, onlardan yalnız 11 nəfəri xilas etmək mümkün olub.
Nəşrin qeyd etdiyinə görə, axtarış-xilasetmə əməliyyatları davam edir, lakin güclü yağış xilasedicilərin fəaliyyətinə xeyli mane olur.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ