İnsanlara hürriyət, millətlərə istiqlal!

Denisenko kapitan Rjitskini öldürdüyünü etiraf edib - Rusiya tərəfinin iddiası

"Krasnodar" sualtı qayığının keçmiş komandiri kapitan Stanislav Rjitskinin qətlində şübhəli bilinən şəxs günahını etiraf edib.

Musavat.com Rusiya mediasına istinadla bildirir ki, “Krasnodar” sualtı qayığının keçmiş komandiri, səfərbərlik işləri üzrə idarə rəisinin müavini Rjitskinin qətlində şübhəli bilinənı Sergey Denisenko bildirib ki, o, Ukraynanın xüsusi xidmət orqanların tərəfindən əməkdaşlığa cəlb olunub.

Daha əvvəl xəbər verildiyi kimi, Rjitski səhər qaçarkən güllələnib. Tezliklə 1959-cu il təvəllüdlü Denisenkonun Tuapsedəki evində saxlanması barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının açıqlamalarında evdə axtarış zamanı Rjitskinin güllələndiyi səsboğuculu tapança tapıldığı göstərilib.

Rusiya istintaqşılarının verdiyi məlumata görə, Ukrayna vətəndaşı olan Denisenko Ukraynada müharibə başladıqdan sonra ailə üzvləri (8 nəfər) ilə birlikdə İsveçrədə qaçqın statusu alıb, lakin sonradan Rusiya Federasiyasının ərazisinə, qohumlarnın yanına gəlib.

Qatilin qətli müşahidə kameralarının olmadığı yerdə həyata keçirdiyi, ancaq bir kameraya düşdüyü bildiriirdi. Xəbər verirlir ki, onu məhz həmin müşahidə kamerasına düşən sifət cizgilərinin əsasında müəyyənləşdirmək mümkün olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR