İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratların yarıdan çoxu Co Baydenin prezidentliyə namizədliyini dəstəkləmir

Demokratik Partiyanın tərəfdarları 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin namizəd kimi irəli sürülməsini dəstəkləmir.

AZƏRTAC xəbər verir ki, ABC telekanalının və “The Washington Post” qəzetinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, bu ideya demokratların 56 faizi tərəfindən müsbət qarşılanmır.

Eyni zamanda “Co Baydenin 2024-cü ildə ikinci müddətə prezidentliyə namizəd irəli sürməsini istəyirsinizmi” sualına respondentlərin 35 faizi “hə” cavabını verib, rəyi soruşulan şəxslərin 9 faizi isə bu barədə fikirlərini dəqiqləşdirmədiyini deyib.

Sorğuda iştirak edən respublikaçıların isə 47 faizi ABŞ-ın sabiq prezidenti Donald Trampın namizədliyinin lehinə, 46 faizi əleyhinə rəy bildirib, 7 faizi isə cavab verməkdə çətinlik çəkib.

Birləşmiş Ştatlar Prezidenti Co Bayden sentyabrın 19-da CBS telekanalına müsahibəsində 2024-cü ildə dövlət başçısı postuna keçiriləcək seçkilərdə iştirak etmək istədiyini, lakin bu məsələ ilə bağlı yekun qərar verməyin hələ tez olduğunu bildirib.

Sentyabrın 18-dən 21-dək keçirilən sorğuda minə yaxın amerikalı iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR