İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratların namizədi bu tarixdə AÇIQLANACAQ

ABŞ-ın Demokrat Partiyasının Milli Komitəsinin (DNC) sədri Ceymi Harrison Demokratların noyabr seçkilərində prezidentliyə namizədinin avqustun 7-dək virtual səsvermə yolu ilə müəyyənləşəcəyini söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, əgər ABŞ vitse-prezidenti Kamala Harris tək namizəd olaraq ortaya çıxsa və 4600 qurultay nümayəndəsindən ən azı 300-nün imzasını alsa, səsvermə avqustun 1-də də baş tuta bilər.

Əgər bir neçə namizəd olsa, səsvermə bir neçə gün sonra başlayacaq, lakin avqustun 7-də başa çatmalıdır.

Qeyd edək ki, partiyanın qurultayı 19-22 avqust tarixlərində İllinoys ştatının Çikaqo şəhərində keçiriləcək. Qurultaydan əvvəl virtual səsvermə yolu ilə prezidentliyə namizədin irəli sürülməsi onu sırf təntənəli tədbirə çevirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR