İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yollarının təmiri üçün Britaniya Kiyevə 10 milyon ayıracaq – Consonun ofisi

Britaniya taxılın ölkədən daşınmasına kömək etmək üçün Ukrayna Dəmir Yollarının təmirinə 10 milyon funt-sterlinqə qədər vəsait ayırmağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya baş naziri Boris Consonun ofisi məlumat yayıb.

Britaniya hökuməti Kiyevlə dəmir yollarının imkanlarını maksimuma çatdırmaq və həm qatarların, həm də taxılın hərəkətini təmin etmək yollarını da müzakirə edir. “Rusiyanın hücumları təkcə taxılın Qara dənizdən – tarixən Ukrayna taxılının 96 faizinin ixrac olunduğu marşrutla daşınmasına mane olmur, həm də dəmir yolu ixracını pozur”, – Britaniya rəsmiləri bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR