İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir Qübbə son 24 saatda İran raketlərinin 65 faizini tuta bilib – İsrailin keçmiş kəşfiyyat rəsmisi

İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi son 24 saat ərzində İranın atdığı raketlərin 65 faizini ələ keçirib.

Musavat.com xəbər verir ki, NBC News kanalı İsrail hökumətindən gündəlik məlumat almağa davam edən İsrail kəşfiyyatının keçmiş yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran uçuşun son mərhələsində hədəfləri dəqiq vurmağa imkan verən təkmil istiqamətləndirmə sistemindən istifadə edir.
NBC News mənbəsi vurğulayıb ki, İsrailin keçən həftə gözlənilməz zərbəsindən sonra komandan itkilərinə baxmayaraq, İran hələ də əhəmiyyətli raket ehtiyatlarına malikdir. O, Tehranın strategiyasını “strateji səbir” kimi qiymətləndirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR