İnsanlara hürriyət, millətlərə istiqlal!

Demet Akalından Dilan Polatla bağlı ŞOK İDDİA!

Türkiyəli məşhur müğənni və aparıcı Demet Akalın keçmiş rəfiqəsi Dilan Polatın 2017-ci ildə əri Engin Polatın zorakılığına məruz qaldığını, lakin onun təkidlərinə baxmayaraq şikayət etmədiyini bildirib.

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bu barədə TV 8-də Jess Molho ilə aparıcısı olduğu "Gel Konuşalım" verilişində iddia edib.

"Kaş Dilan öz övladlarını düşünərdi. Övladlarının parlaq gələcəyi üçün bu qədər intriqalara qarışmayaydı. Onunla görüşdüyüm vaxtlarda ​​Engin Dilanı döyürdü. Qolları gömgöy gəlirdi. Bir gün döyüldüyü üçün yanıma gəldi. Mənim də Ece adlı bir dostum var idi və onu polis bölməsinə aparmasını dedim. O, Enginə çox aşiq idi", - deyə Demet bildirib.

Akalın daha sonra, "Dilanın əziyyətini görəndə çox üzüldüm. Çox sevdiyin adamın nə etdiyini və səni belə bir vəziyyətə saldığını belə bilməyin pisdir. Mənim başıma gəlsəydi çox əsəbiləşərdim. Bu şiddət hadisəsi 2017-ci ildə baş verib. O vaxt maddi vəziyyəti yaxşı deyildi, mənə "ayda 4 min TL qazanıram" deyirdi. Həmin vaxt o, doğum fotoları çəkirdi, Engin isə binaların pəncərələrini təmizləmə işinə baxırdı. Bunları öz gözlərimlə gördüyüm üçün yazıram. Polis idarəsinə və ya prokurorluğa getməsini istədim, o istəmədi", - açıqlayıb.

Xatırladaq ki, Dilan Polat və Engin Polat çirkli pulların yuyulması, vergidən yayınma və təşkilat üzvü olmaqda ittiham edilərək həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR