İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəm qazından ölən qardaşların atası danışdı - FOTO

Bakıda dəm qazından boğularaq ölən qardaşlar Tovuzda dəfn ediliblər.

Musavat.com Apa-ya istinadən xəbər verir ki, onlar doğulduqları Ağbulaq kəndində torpağa tapşırılıblar.

Dəm qazından boğularaq dünyasını dəyişən qardaşların atası Asif Həsənov bildirib ki, övladları Bakıda kirayədə qaldıqları evdə sobadan yaranan dəm qazından boğulublar. Onun sözlərinə görə, 24 yaşlı Əli və qardaşı 22 yaşlı Sərxan yuxuda olan zaman dəm qazından zəhərləniblər. Onlardan xəbər ala bilməyən yaxınları evə gedib və qardaşların meyitini aşkarlayıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR